Səmərəli proses
İşçilərin fiziki əməyinə olan ehtiyacı azalatmaqla yanaşı, kağız menyulara çıxan xərci də aradan qaldıraraq prosesi səmərələşdiririr
Mətbəxdə gedən iş prosesini sürətləndirərək həm işçi performansını, həm də müştəri məmnuniyyətini artırmaq istəyirsinizsə, Clopos Mətbəx Ekranı Sistemi tam sizə görədir!
İşçilərin fiziki əməyinə olan ehtiyacı azalatmaqla yanaşı, kağız menyulara çıxan xərci də aradan qaldıraraq prosesi səmərələşdiririr
Aydın və asan anlaşılan təlimatlar sayəsində sifarişlərin hazırlanma prosesində yarana biləcək xətaları azaldır
Mətbəxdə gedən iş prosesi ilə bağlı ətraflı təhlillər təqdim edərək performansın rahatlıqla izlənilməsini təmin edir
1. Ofisiantlar müştərilərin sifarişlərini götürdükləri an birbaşa mətbəx ekranına göndərir
2. Mətbəxdəki işçilər ekran sistemindən sifarişləri qəbul edir, sifarişlə bağlı xüsusi qeydləri görür və yeməkləri hazırlamağa başlayır
3. Hər iki tərəf sifarişin hazırlanması, prioritetləşdirilməsi, ləğv edilməsi və digər yeniləmələr barədə məlumatlı qalır
Clopos ilə biznes idarəetməniz asanlaşacaq!
012 310 22 66
Sistemi rahat idarə edə bilmək üçün xüsusi təlimə ehtiyac var?
Sistemdən istifadə sadə və rahat olduğu üçün adətən əməkdaşlar qısa müddətdə adaptasiya olur. Yenə də, texniki dəstək komandamız yaranan sualları cavablamağa daim hazırdır.
Sifarişə dəyişiklik edildiyi sistemdə görünür?
Bəli, ofisiantlar sifarişə dəyişiklik etdiyi an mətbəx ekranında bununla bağlı bildiriş görünür. Eyni zamanda, mətbəx işçiləri də ofisinatlara sifarişlərin hazırlanması ilə bağlı bildirişlər göndərə bilir.
Mətbəxdə gedən işləri sistemdən izləmək olurmu?
İşçi performansı və iş prosesini ətraflı təhlillər əldə edərək rahatlıqla izləyə bilirsiniz.
Eyni anda neçə ofisiant sistemə sifariş göndərə bilər?
Sistemdən heç bir istifadə limiti yoxdur. Eyni zamanda birdən çox ofisiant mətbəx ekranı sisteminə sifarişlər göndərə bilər.
Mətbəx Ekranı Sisteminin üstünlükləri nələrdir?
Əsas üstünlük sürətdir. Ofisiantlar sifarişləri götürdükləri an mətbəxə göndərə bilir və hazırlanması ilə bağlı anlıq bildirişlər alır. Üstəlik, sifarişdə dəyişiklik olduğunu da rahatlıqla mətbəx işçilərinə çatdıra bilir.