Artıq 3 filialımızda Clopos proqramları istifadədədir. Təcrübələrimizə əsasən, Clopos şirkətini proqram təminatı sahəsində peşəkar kimi tövsiyə edərdim. Müştəri xidməti və məhsul istifadəsinin rahatlığını isə xüsusi qeyd etmək istəyirəm. Komandaları mehriban, təkliflərə açıq və xidmətlərini daim mükəmməlləşdirəndir.
Nicat Məmmədov
"Təndir & Məndir"in təsisçisi
Çoxfunksiyalı Clopos sisteminin köməyi ilə bütün maliyyə axınlarına nəzarət etmək daha asandır. Proqram və bizə təlim keçən Clopos komandası sayəsində artıq işimiz xeyli asanlaşıb və sürətlənib, nəticədə daha məhsuldarıq. Daha da vacibi, proqramdan istifadə çox asan olduğu üçün hər bir əməkdaşımız ona tezliklə alışır.
Məmmədağa Məmmədov
"ROOM"un təsisçisi
Clopos əməkdaşları məhsul inkişafından tutmuş müştəri xidmətlərinə kimi bütün səviyyələrdə peşəkar olduqlarını sübut etdilər. Artıq beş filialımızın hamısında bu POS sistemindən istifadə edirik Komandanın daim hazır olması, müştəri istəklərini yerinə yetirmələri, rəyləri dinləyib, məhsulu bazar tələbləri ilə uyğunlaşdırmaq üçün daim təkmilləşdirmələri şirkətin əsas üstünlüklərindəndir.
Turxan Əlizadə
"XırtaXırt & Fermart"ın təsisçisi
Clopos həm mənim, həm də digər əməkdaşların işini xeyli asanlaşdırıb. O həm rahat istifadə edilən, həm də lazımi funksiyalarla zəngindir. Bu isə bizə biznes əməliyyatlarını sürətli şəkildə yerinə yetirmək imkanı qazandırır. Üstəlik, sual və ya problemlə üzləşsək, texniki dəstək komandası sürətli şəkildə köməyimizə çatır. Qısası, etibarlı POS-kassa sistemi axtarışında olan hər bir biznes sahibinə Clopos POS-u tövsiyə görərdim.
Türkan Eyyubova
"Street9bar"ın təsisçisi
Fəaliyyətə keçdiyimiz ilk tarixdən etibarən Clopos həllərindən istifadə edirik. Hesabatlılıqla yanaşı, data analizi üçün təqdim edilən digər funksiyalar işimizi kifayət qədər asanlaşdırıb. Ümid edirik ki, Clopos proqram təminatını inkişaf etdirdikcə, bizim əməkdaşlığımız da daha çox inkişaf edəcək.
Səid Məmmədov
“Gelateca”da Administrator
Ölkəmizdə restoranların operativ idarə olunmasını təmin edən proqramın işlənib hazırlanması məni yaxşı mənada təəccübləndirir. Clopos yeni sistem olsa da, çox aktiv şəkildə inkişaf edir və inanıram ki, yaxın gələcəkdə bazarın ən çox tələb görən sistemi olacaq. Əməkdaşlığımız isə yalnız inkişafla nəticələnə bilər, başqa heç nə!
Aqil Hacıbəyli
"PORT Wine"da İcraçı Direktor
Clopos həm üç filialımızda, həm də virtual restoranımızda əvəzsiz köməkçimizdir deyə bilərik. Clopos proqramlarının sürəti və səmərəliliyi xüsusən tədbir zamanlarında əlimizdən tutur. Şirkətlə qurduğumuz əməkdaşlığa görə minnətdarıq və onları müştəri məmnuniyyətini artırmaq istəyən hər restoran biznesinə tövsiyə edirik.