Tərəfdaşlıq

Clopos POS Reseller Tərəfdaşlıq Proqramı

Təklifləriniz arasına Clopos POS-kassa məhsullarını da əlavə edərək, xidmət sahənizi və gəlirliliyinizi artıra bilərsiniz. Əgər maraqlıdırsa:

Broşürü yükləyin
POS system for mobile and tablet
Davamlı qazanc

SaaS əsaslı biznesinizin müştəri portfelinə Clopos məhsullarını da əlavə edərək, uzunmüddətli gəlir mənbəyi qazanmış olacaqsınız. Bu isə sizə rəqabət gücünüzü davamlı olaraq artırmaq və biznesinizi böyütmək imkanıdır!

Sərfəli şərtlər

Tərəfdaşlığımız zamanı ortaq müştərilərin abunə haqqından gələn qazancın 60%-ə qədərini sizinlə bölüşürük. Bundan əlavə, marketinq kampaniyalarınıza dəstək verərək gəlirliliyinizi artırmaq yönündə sizə dəstək göstəririk.

Bazarla uyğunlaşma

Artıq demək olar bütün restoran və digər yemək biznesləri müasir POS sistemindən istifadə edərək işlərini rahatlaşdırır. Bizim proqramları müştərilərinizə təklif edərək, siz də bazardakı bu artan tələbata cavab vermiş olacaqsınız.

Komanda üzvü
26+
Gündəlik qəbz sayı
133K+
İnkişaf tempi
3.7x
Yaranma tarixi
2018

Tərəfdaşlıq Tələbləri

Uğurlu tərəfdaşlıq qurmağımız üçün sadalananlara sahib olmağınız yetərlidir:

Təcrübəli satış komandası
Güclü texniki dəstək əməkdaşları
HoReCa və ya müəyyən proqram təminatı üzrə təcrübə
SaaS sahəsində müvəffəqiyyət göstəricisi
Phone

© 2023 Bütün hüquqları qorunur