Xidmət şərtləri ( Lisenziya razılaşması )
Bu sənəd Clopos POS restoran idarəetmə proqramı ilə bağlı xidmət şərtlərini müəyyən edir.
Lisenziya verən tərəfindən sizə verilmiş hesab-fakturaya əsasən lisenziya haqqını ödəməklə, siz mövcud Lisenziya müqaviləsinin şərtləri ilə razılaşmış və Müqavilə bağlanmış hesab olunur.
“Xidmət Şərtləri” (Lisenziya müqaviləsi) – Clopos MMC (“Lisenzia”) ilə Hüquqi və ya Fiziki şəxs (“Lisenzia”) arasında bağlanan lisenziya müqaviləsi.
“Proqram təminatı” dedikdə, bu Müqaviləyə uyğun olaraq istifadə hüququ verilmiş intellektual fəaliyyətin nəticəsi hesab edilən kompüter üçün proqram təminatı və ya proqram təminatı dəsti başa düşülür.
Clopos MMC təminat verir ki, o, proqram təminatının qanuni sahibidir və bu müqaviləni bağlamaq üçün bütün hüquqi öhdəliyə sahibdir.
“Lisenziya” digər şəxslərin, yaxud təşkilatların patentlə mühafizə olunan ixtiradan, habelə texniki nailiyyətlərdən, istehsal təcrübəsi və sirrindən, ticarət markasından və i.a. istifadə etmələrinə verilən icazədir.
“Clopos Cloud” hüquqi və ya fiziki şəxsə ödənişli müddətə verilən SaaS lisenziya növüdür.
1. Müqavilənin Şərtləri
1.1 Lisenziya verən bu müqavilənin şərtlərinə əsasən proqram lisenziyasını təqdim etməli və müştəri bu lisenziyanın ödənişini ödəməlidir.
1.2 Lisenziyada proqram təminatının adı, versiyası və müddəti qeyd edilməlidir.
1.3 Aylıq lisenziya (abunəlik) məbləği müştərinin tələbatına uyğun olaraq Clopos tərəfindən verilən imkanların müxtəlifliyinə görə təyin olunur. Lisenziya (abunəlik) məbləğinin dəyişdirilməsi yalnız Müştəri və Clopos arasındakı ortaq qərara əsaslanaraq həyata keçirilə bilər. Aylıq lisenziya (abunəlik) periodu müqavilə bağlandığı müddətdən başlanmış hesab olunur.
2. Lisenziyanın şərtləri
2.1 Lisenzia verən tərəf sadə lisenziya şərtləri ilə aşağıdakı hüquqları verir:
2.1.1 Proqramdan istifadə edilməsini təmin etmək və məqsədə uyğun olaraq fəaliyyət göstərilməsini təyin etmək.
2.2 Bu müqavilədə adı çəkilməyən və bilavasitə istinad olunan proqram təminatı üçün bütün hüquqlar lisenziya verən şirkət tərəfdən təmin olunmayacaq.
2.3 Lisenzia üçün aşağıdakılar QADAĞANDIR:
2.3.1 İstifadəçi tərəfindən proqram təminatının sürətinin çıxarılması.
2.3.2 İstifadəçi tərəfindən təkrar istehsal edilməsi, yəni proqram təminatının bir və ya bir neçə nüsxəsinin çxarılması.
2.3.3 Proqram təminatını və onun nüsxələrinin satışını həyata keçirmək.
2.3.4 Proqram təminatını ictimaiyyət üçün açıq şəkildə istifadəyə vermək.
2.3.5 Lisenziya daxilində verilən cihazların (əgər varsa) lisenziya verən tərəfin icazəsi olmadan, lisenziya müddəti ərzində cihazlara texniki müdaxilə etmək, cihazları sökmək.
2.4 Müştəri proqram təminatından lisenziya müddəti ərzində lisenziya verən tərəfin təyin etdiyi texniki tələblərə uyğun olaraq istifadə etməyə borcludur.
3. Lisenziyanın müddəti
3.1 Tərəflər arasında müqavilə imzalandığı tarixdən etibarən 12 (on iki) ay müddətində qüvvədə sayılacaqdır. Müqavilə tərəflər arasında müqavilənin müddətinin sona çatmasına 1 (bir) ay qalmış yazılı bildiriş edilmədiyi təqdirdə 12 (on iki) ay daha uzadılmış sayılacaqdır. Tərəflər 1 (bir) ay əvvəlcədən bildirmək şərti ilə hazırkı müqaviləyə bir tərəfli şəkildə xitam verə bilər.
4. Lisenziya ödənişi
4.1 Lisenziya ödənişi hazırkı müqaviləyə əsasən valyutası AZN-dır.
4.2 Bu müqavilədə göstərilən lisenziya(lar) üçün müştəri hesab-fakturada göstərilən məbləği ödəməyi öhtəsinə götürür.
4.3 Lisenziyaların qiymətləri lisenziya verən tərəfin rəsmi saytında qeyd olunur. https://www.clopos.com/prices
4.4 Tərəflər arasında müqaviləyə xitam verildiyi halda lisenziya məbləği müzakirə olunmur və geri qaytarılmır.
4.5 Lisenziya verən şirkət tərəfindən sizə verilmiş hesab-fakturaya görə lisenziya haqqı ödənildikdən sonra siz cari Lisenziya müqaviləsinin şərtləri ilə razılaşmış hesab edilirsiniz və bu müqavilə sizinlə lisenziya verən şirkət arasında bağlanmış hesab olunur.
4.6 Lisenziya verən şirkət bu müqaviləyə birtərəfli olaraq dəyişiklik etmək hüququna malikdir.
4.6 Müvafiq məbləğlər lisenziya verən şirkətin bank hesabına mədaxil edildikdə sonra müştəri üçün bütün ödəniş öhdəlikləri yerinə yetirilmiş hesab olunur.
4.7 Lisenziya məbləği ödənildikdən sonra 5 (beş) gün ərzində lisenziya verilməlidir.
4.8 Proqram təminatı üçün bütün istifadəçi sənədlərini bu linkdə tapa bilərsiniz https://help.clopos.com
4.9 Lisenziya ödənişi gecikdirildiyi halda Proqram təminatından istifadəyə məhdudiyyət qoyulur.
4.9.1 Məhdudiyyət tətbiq edildikdən sonra 6 ( altı ) ay ərzində məlumatlarınız saxlanılır. Bu müddət bitdikdən sonra sizin hesabınız sistemdən silinir.
5. Fors-Major halları
5.1 Bu sazişdə “Fors-major hadisəsi” termini tərəfin öz öhdəliklərini yerinə yetirməsinə mane olan və ya tərəfin bu saziş üzrə öhdəliklərini yerinə yetirməsini ləngitməsinə səbəb olan hadisəni bildirir. Daşqınlar, zəlzələlər və digər təbii fəlakətlər, müharibələr, hərbi əməliyyatlar bu şərtlər daxilində hesab edilir. Müqavilənin imzalandığı tarixdə baş vermiş fövqəladə və hərbi vəziyyət, partnyorun və ya lisenziya verən şirkət ərazisindəki hakimiyyət orqanlarının qanuni və ya digər qanunvericilik aktları və tərəflərin ağlabatan şəkildə əvvəlcədən görə bilmədiyi və qarşısını ala bilmədiyi hər hansı digər oxşar hadisələr əsas sayılır.
6. İnternet (Şəbəkə) tələbləri
6.1 Clopos proqram təminatının normal işləməsi üçün aşağıdakı göstəricilərin olması vacidir:
6.1.1 İnternet kəsintisiz və sürəti 4 Mbps (download) yükləmə, 0.75 Mbps (upload) yükləmə olmalıdır.
6.1.2 Bütün iş stansiyaları eyni şəbəkədə olmalı və hamısında kəsintisiz internet olmalıdır.
7. Cihaz tələbləri
7.1 Clopos POS proqram təminatının çalışması üçün aşağıdakı cihaz parametrlərinin olması zəruridir:
7.1.1 POS Terminal
- CPU: 2 cores, 2 GHZ, Cache 2 MB+
- RAM: 2GB+
- HDD: 64 GB HDD və ya SSD
- Ekran: Toxunma dəstəkli, ölçüləri 1024x768
- Əməliyyat sistemi: Windows 10
7.1.2 POS Terminal ( Android )
- CPU: 2 cores
- RAM: 2 GB+
- Əməliyyat sistemi: iOS 14.1+
7.1.3 POS Terminal ( iOS )
- CPU: 2 cores
- RAM: 2 GB+
- Əməliyyat sistemi: iOS 14.1+
7.1.4 Printer:
- Yalnız test olunmuş printer cihazları
8. Məlumatların qorunması
8.1 Bütün müştəri məlumatları Lisenziya verən tərəfində qorunur.
8.2 Bulud hesablarımızda saxlanılan müştəri məlumatları üçüncü tərəflərlə paylaşılmır.
9. Texniki dəstəyin göstərilməsi və Kosnultasiya xidməti
9.1 Lisenziya verən tərəf müştərilərinə texniki dəstək xidməti göstərir.
9.2 Texniki dəstək xidməti çərçivəsində müştərilərin suallarının cavablandırılması, proqramla bağlı xətalar baş verərsə həll olunması təmin edilir.
9.3 Konsultasiya xidməti çərçivəsində müştərilər 1 dəfə təlimdə ödənişsiz iştrak edə bilərlər. 1 dəfədən artıq olduqda konsultasiya xidmətinə lisenziya verən şirkət tərəfindən müvafiq məbləğ təyin edilir.